UEFA Konfrans Liqası: "Makkabi" - "Sabah" oyununa cəmi 300 bilet satılıb - EKSKLÜZİV

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Makkabi" (İsrail, Hayfa) - "Sabah" oyununa cəmi 300 bilet satılıb.

Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Qarşılaşma neytral meydanda - Macarıstanda baş tutacağı üçün ajiotaj olmayacaq.

Görüşün keçiriləcəyi "Varkert" stadionunda 40-a yaxın azərbaycanlı azarkeş "Sabah"ı qələbəyə səsləyəcək.

Qeyd edək ki, bu gün gerçəkləşəcək "Makkabi" - "Sabah" matçının start fiti saat 21:15-da səslənəcək.

Digər xəbərlər