UEFA Konfrans Liqası: Liqa mərhələsində VI turun oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsində sonuncu - VI turun oyunları keçiriləcək.

"Report" xəbər verir ki, 18 qarşılaşmanın hər biri eyni saatda start götürəcək.

Türkiyənin "Samsunspor" klubu səfərdə "Maynts 05" ilə üz-üzə gələcək. "Fiorentina" isə İsveçrədə "Lozanna"nın qonağı olacaq.

UEFA Konfrans Liqası

Liqa mərhələsi

VI tur

18 dekabr

00:00. AZ (Niderland) - "Yagelloniya" (Polşa)

00:00. "Şaxtyor" (Ukrayna) - "Riyeka" (Xorvatiya)

00:00. "Slovan" (Slovakiya) - "Hakken" (İsveç)

00:00. "Legiya" (Polşa) - "Linkoln" (Cəbəllütariq)

00:00. "Sparta" (Çexiya) - "Aberdin" (Şotlandiya)

00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Noa" (Ermənistan)

00:00. "Kristal Pelas" (İngiltərə) - "KuPS" (Finlandiya)

00:00. "Rayo Valyekano" (İspaniya) - "Drita" (Kosovo)

00:00. "Şemrok Rovers" (İrlandiya) - "Hamrun" (Malta)

00:00. "Omoniya" (Kipr) - "Rakuv" (Polşa)

00:00. "Maynts 05" (Almaniya) - "Samsunspor" (Türkiyə)

00:00. "Strasburq" (Fransa) - "Breydablik" (İslandiya)

00:00. "Sele" (Sloveniya) - "Şelbrun" (İrlandiya)

00:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Rapid" (Avstriya)

00:00. AEK (Yunanıstan) - "Universitatya" (Rumıniya)

00:00. "Siqma" (Çexiya) - "Lex" (Polşa)

00:00. AEK (Larnaka, Kipr) - "Şkendiya" (Şimali Makedoniya)

00:00. "Lozanna" (İsveçrə) - "Fiorentina" (İtaliya)

Qeyd edək ki, UEFA Konfrans Liqasında pley-off mərhələsinə 2026-cı il fevralın 19-20-də start veriləcək.

Digər xəbərlər