Türkiyə Superliqası: "Qalatasaray" - "Fənərbağça" matçında qalib müəyyənləşməyib

Futbol üzrə Türkiyə Superliqasında "Qalatasaray" "Fənərbağça" ilə qarşılaşıb.

"Report"un məlumatına görə, "Rams Park"da reallaşan XXIV turun oyununda hesab açılmayıb.

Bu nəticədən sonra "Qalatasaray" 64 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 58 xalla 2-ci pillədə qərarlaşıb.

Digər xəbərlər