"Turan Tovuz" - "Qarabağ" oyunu təyin olunmuş vaxtdan gec başlayacaq

Misli Premyer Liqasının XXVIII turunda üz-üzə gələcək "Turan Tovuz" və "Qarabağ" komandalarının oyunu təyin olunmuş vaxtdan gec başlayacaq.

"Report"un Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, Ramazan ayı ilə əlaqədar qarşılaşma 5 dəqiqə gec start götürəcək.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək görüşün saat 19:30-da başlaması nəzərdə tutulmuşdu.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32
Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20