"Tottenhem"in rəqibi dəyişdi, "Çelsi"nin oyunu təxirə salındı

İngiltərə Premyer Liqasının təqvimində dəyişiklik edilib.

"Report" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 14-nə nəzərdə tutulan XVIII turun "Aston Villa" - "Tottenhem" matçı qeyri-müəyyən müddətə təxirə salınıb. Buna meydan sahiblərinin heyətində koronavirusa kütləvi yoluxma səbəb olub.

Əvəzində London təmsilçisi həmin gün evdə "Fulhem"lə qarşılaşacaq. Ötən il dekabrın 30-da oynanılmalı olan qarşılaşma də eyni səbəbdən baş tutmamışdı.

Təqvimdəki dəyişiklik nəticəsində "Fulhem" klubunun "Çelsi" ilə oyunu yanvarın 15-dən 16-na təxirə salınıb.

Həmçinin "Aston Villa" - "Everton" qarşılaşması yanvarın 16-da deyil, 17-də olacaq.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52