İngiltərə təmsilçisi "Tottenhem"in ukraynalı futbolçusu Mixail Mudrik zədələnib.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçinin zədə səbəbindən 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, Mudrik "Çelsi"dən "Tottenhem"ə 75 milyon funt-sterlinqə, satınalma şərti ilə icarəyə verilib. O, yeni komandasında yalnız 16 dəqiqə meydanda olub və Premyer Liqanın "Nottinqem Forest"lə 0:0 hesablı oyununda sonradan meydana çıxıb.
Mudrik bundan əvvəl antidopinq qaydalarının pozulması ilə bağlı araşdırmaya görə 2024/2025 mövsümündən etibarən meydana çıxmırdı.