Timo Verner sabiq klubuna qayıdıb

İngiltərənin "Çelsi" klubundan ayrılan Almaniya millisinin futbolçusu Time Verner ölkəsinin "Leyptsiq" komandasına keçib.

"Report" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu sabiq klubu ilə 4 illik müqavilə bağlayıb. O, 11 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Timo Verner "Çelsi"yə 2020-ci ildə 53 milyon avro qarşılığında məhz "Leyptsiq"dən keçmişdi.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52