Tiaqo Silva PSJ-də Mbappe ilə Neymar arasındakı münaqişədən danışıb

PSJ-nin sabiq futbolçusu Tiaqo Silva Paris klubunda hücumçular Kilian Mbappe ilə Neymar arasında yaranan münaqişə barədə danışıb.

"Report"un məlumatına görə, o, bu barədə "Goal" nəşrinə müsahibəsində danışıb.

"PSJ-də Mbappe və Neymar ilk vaxtlar yaxşı anlaşırdılar, lakin zaman keçdikcə münasibətləri pisləşdi. Niyə? Bu gözəl hekayədir. "Monako" ilə Superkubok matçını yaxşı xatırlayıram. Oyundan sonra Mbappe yanıma gəldi və dedi: "Neymar müqavilə imzalasa belə, mən də bu komandanın bir hissəsi olmaq istəyirəm. Əgər bacarırsansa, prezidentlə danış.

Onların münasibətləri heyrətamiz olub, çox yaxın idilər və hər gün ən çox əylənən onlar idi. Niyə ayrıldıqlarını da heç vaxt başa düşmədim. Artıq PSJ-də deyildim, ona görə də ayrılığa kimin səbəb olduğunu bilmirəm, amma kədərləndim", - Silva bildirib.

Qeyd edək ki, Neymar 2023-cü ildə, Mbappe isə 2024-cü ildə PSJ-dən ayrılıb.

Digər xəbərlər