Superliqa klubu yeni baş məşqçisini açıqlayıb

Türkiyənin "Çaykur Rizəspor" futbol komandasının yeni baş məşqçisi açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabı məlumat yayıb.

Türkiyəli mütəxəssis Recep Uçarla razılıq əldə edilib. Müqavilənin detalları barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Qeyd edək ki, Recep Uçar son olaraq "Konyaspor" kollektivini çalışdırıb.

Digər xəbərlər

Ramos Parisə qayıda bilər 04 yanvar, 2026 / 09:14