"Sumqayıt" klubunda yeni yoluxma aşkarlandı

"Sumqayıt"da son koronavirus testlərinin nəticələri bəlli olub.

Klubdan "Report"a verilən məlumata görə, futbolçulardan birində infeksiya aşkarlanıb.

Virusa yoluxmuş oyunçunun adı açıqlanmayıb.

Qeyd edək ki, "Sumqayıt" dekabrın 24-də Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.

Digər xəbərlər