"Səbail" "Qarabağ"ın futbolçusunu heyətinə qatıb

"Səbail" klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

"Report" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Dənizçilər" son olaraq "Kəpəz"də çıxış etmiş Vüsal Məsimov və "Qarabağ"ın üzvü Nihat Quliyevlə anlaşıb.

Hər iki oyunçunun müqaviləsinin müddəti 1 illikdir.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52