Samir Abasov: "Müdafiədən oynayırsansa, canını ortaya qoymalısan"

"Müdafiədən oynamalısansa, deməli, canını ortaya qoymalısan ki, rəqibə şans verməyəsən. Komandamız da bunu yetərincə yaxşı bacardı".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis maraqlı oyuna şahidlik etdiklərini bildirib: "Qələbənin yaxşısı və ya pisi olmur. Necə lazım idisə, o cür də oynadıq. Baxmayaraq ki, kifayət qədər itkilərimiz var idi. Bu cür rəqibə qarşı iki əsas müdafiəçisiz meydana çıxmışdıq. Matçın gedişində də müdafiəçilərdən birinə nəsə olsaydı, ondan sonra nələr baş verərdi, bilmirəm".

Abasovun fikrincə, komandası layiqli qələbə qazanıb: "Artıq ölkə kubokuna hazırlaşacağıq".

Digər xəbərlər