Şahin İbrahimov zədəyə görə U-20 millisinin düşərgəsini tərk edib

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətindən bildirilib.

"Sabah"ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

Digər xəbərlər