"Şahdağ Qusar"ın yeni baş məşqçisinin adı bəlli olub

Azərbaycanın I Liqa təmsilçisi "Şahdağ Qusar"ın yeni baş məşqçisinin adı bəlli olub.

"Report" xəbər verir ki, klub Füzuli Məmmədovla razılığa gəlib.

Onunla "1+1" illik müqavilə imzalanıb.

F.Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaqlar.

Qeyd edək ki, F.Məmmədov bundan əvvəl "Karvan-Yevlax"ın baş məşqçisi olub.

Digər xəbərlər