"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Portuqaliyalı oyunçu Rodriqo Fernandeş bundan sonra komandanın uğurları üçün çalışacaq.
25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq "Şamaxı"nın formasını geyinib.
Portuqaliya təmsilçisi "Sportinq"in yetirməsi olan futbolçu bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin "Portu"nun əvəzedici komandasında forma geyinib.