"Sabah"ın Antalya toplanışında ilk rəqibi bəlli olub

“Sabah” komandasının Türkiyənin Antalya bölgəsində keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ilk rəqibi müəyyənləşib.

"Report" klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Jelko Sopiçin rəhbərlik etdiyi kollektiv Macarıstanın “Pakş” komandası ilə yoxlama oyununda qüvvəsini sınayacaq. 

Qarşılaşma yanvarın 11-də baş tutacaq.

Qeyd edək ki, "Sabah" Antalyada 4 yoxlama oyunu keçirməyi planlaşdırır. 

Digər xəbərlər