"Sabah"ın yeni baş məşqçisi müəyyənləşdi

"Sabah" futbol komandasının yeni baş məşqçisi bəlli olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandaya bundan sonra ispaniyalı Visente Qomes başçılıq edəcək. 48 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014 - 2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi-məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/2020) baş məşqçi kimi çalışıb.

Digər xəbərlər