"Sabah"ın futbolçusu: "Qarabağ"la oyuna qələbə üçün çıxacağıq"

"Artıq 5 aydır ki, rəsmi matçlara çıxmırıq. Bizim üçün çempionat sabahdan başlayır". 

Bu fikirləri "Report"a açıqlamasında "Sabah"ın futbolçusu Slavik Alxasov Azərbaycan Premyer Liqasının I turunda səfərdə "Qarabağ"la matç barədə danışarkən deyib. 

27 yaşlı cinah müdafiəçisi çempionatdakı ilk matçların həmişə çətin olduğunu bildirib. Alxasov "Qarabağ"la matça qələbə üçün çıxacaqlarını söyləyib.

Qeyd edək ki, avqustun 22-də keçiriləcək "Qarabağ" - "Sabah" matçı saat 20:00-da başlayacaq. 

Digər xəbərlər