"Sabah" Futbol Akademiyasında yeni təyinat olub

"Sabah" Futbol Akademiyasında yeni təyinat gerçəkləşib.

Bu barədə "Report"a paytaxt təmsilçisindən məlumat verilib.

Gürcüstanlı mütəxəssis Giorgi Minaşvili akademiyanın koordinatoru təyin edilib. 43 yaşlı mütəxəssislə "1+2" illik müqavilə bağlanıb.

Qeyd edək ki, futbol akademiyasının əvvəlki koordinatoru Adino Mustedanaqiç hazırda "Sabah"ın əvəzedici və U-19 komandasının baş məşqçisidir.

Digər xəbərlər