"Sabah"dan ayrılan Anatoli Nuriyev "Zirə" ilə anlaşıb

"Sabah" yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb.

Klubdan "Report"a verilən məlumata görə, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Oyunçu paytaxtın digər klubu "Zirə" ilə anlaşıb. O, yeni komandası ilə cari mövsümün sonuna kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Nuriyev 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, "bayquşlar"ın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Misli Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.

Digər xəbərlər