Rusiya millisinin baş məşqçisi Valeri Karpin yığma ilə müqavilə müddətini artıracaq.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis daha 3 il yığmanın "sükanı arxasında" olacaq.
2021-ci ildən Rusiya millisinə rəhbərlik edən çalışdırıcı ötən gün baş məşqçi kimi çalışdığı "Rostov" klubundan ayrılıb.