Rövşən Nəcəf: Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq.

"Report" xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövşən Nəcəf deyib.

Qurum rəsmisi komanda sayının artırılmamasının səbəbləri barədə danışıb: "Bunun üçün yetərli qədər infrastruktur, idman bazaları olmalı, hakimlər çoxluq təşkil etməlidir. Əsas hədəflərimizdən biri Premyer Liqanın keyfiyyətini artırmaqdır. Lakin növbəti illərdə klub sayının artırılması məsələsinə yenidən baxılacaq".

Digər xəbərlər

Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20