​Rodriqes Amerikanın birincisi oldu

Bakı. 28 dekabr. REPORT.AZ Amerika Beynəlxalq İdman Mətbuat Assosiasiyası Amerikada ilin ən yaxşı futbolçusunu seçib.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, "Marca" nın məlumatına görə, jurnalistlər arasında keçirilən səsvermədə Kolumbiya millisi və "Real"ın yarımmüdafiəçisi Xames Rodriqes ilin ən yaxşı oyuncusu olub.

Rodriqes 2014-cü ildə "Real" la UEFA superkuboku və klublararası dünya kubokunu qazanıb.

Bundan başqa o 2014-cü il dünya çempionatında turnirin bombardiri olub.

Digər xəbərlər

FIFA AFFA-ya təşəkkür edib 31 mart, 2026 / 01:24