Riçard Almeyda: "Sabahkı oyun bizim üçün önəmlidir"

Bakı. 10 dekabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin son oyununda İtaliyanın "İnter" klubu ilə qarşılaşacaq "Qarabağ"ın futbolçusu Riçard Almeyda oyun haqda fikirlərini bölüşüb. "Report"un məlumatına görə, braziliyalı oyunöncəsi mətbuat konfransında bunları söyləyib:

"Avropada çıxış etdiyimiz oyunlarda özümüzü yaxşı tərəfdən göstərməyə çalışdıq. Sabah da buna çalışacağıq. Hər kəs bilir ki, sabahkı oyun bizim üçün önəmlidir. Komandadakı digər braziliyalılar meydanda olmasa da, öz dəstəklərini əsirgəməyəcəklər. Reynaldonun olmamağı yaxşı deyil, amma onu əvəz edəcək futbolçularımız var".

Digər xəbərlər