"Real" heç-heçə ilə başladığı beş mövsümdə çempion olub

İspaniyanın "Real" klubu tarixində 20 dəfə ölkə çempionatına heç-heçə ilə başlayıb və bunların beşində çempion olub.

"Report" "MisterChip"ə istinadən xəbər verir ki, Madrid təmsilçisi heç-heçə ilə başladığı 1931/1932, 1985/1986, 1988/1989, 1996/1997 və 2006/2007 mövsümlərində çempionluq yaşayıb.

"Real" La Liqada cari mövsümün ilk görüşündə "Malyorka" ilə heç-heçə edib - 1:1.

Qeyd edək ki, 2023/2024 mövsümündə Madrid təmsilçisi ən yaxın rəqibi "Barselona"nı 10 xal qabaqlayaraq çempion olub. "Kral klubu" İspaniya La Liqasında ən çox (36) çempion olan komandadır.

Digər xəbərlər

Ramos Parisə qayıda bilər 04 yanvar, 2026 / 09:14