"Real" "Barselona" ilə oyunöncəsi liderini itirə bilər

Bakı. 2 mart. REPORT.AZ/ Madridin "Real" komandasının kapitanı Serxio Ramos travma səbəbindən İspaniya çempionatının 26-cı turunda "Barselona"ya qarşı keçiriləcək ev oyununu buraxa bilər.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, İspaniya Kubokunun ½ finalının "Barselona"ya qarşı keçirilən cavab oyunu zamanı komanda yoldaşı Kazemiro ilə toqquşma nəticəsində Ramosun dizaltı vətərində narahatçılıq yaranıb.

"Real" - "Barselona" oyunu martın 1-i saat 23:45-də Madridin "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31