Rafinya Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu 1/8 final mərhələsinin cavab oyununda "Nyukasl" (İngiltərə) ilə keçirilən görüşdə (7:2) iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, braziliyalı futbolçu səsvermədə Fransisko Trinkao ("Sportinq"), Vinisius Junior ("Real") və Dominik Şoboslaini ("Liverpul") qabaqlayıb.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32
Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20