Rafael Benites "Everton"un baş məşqçisi oldu

İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi açıqlanıb.

"Report" Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda ispaniyalı mütəxəssis Rafael Benitesə tapışırılıb.

Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb. Baş məşqçi iyulun 5-də işə başlayacaq. Benites İspaniyanın "Real Madrid" klubu ilə müqavilə imzalamış Karlo Ançelottini əvəzləyib.

Qeyd edək ki, Rafael Benites 2006 - 2010-ci illərdə "Everton"un əzəli rəqibi "Liverpul"a rəhbərlik edib.

Digər xəbərlər