"Qızıl top"un rəsmi veb saytı səhvən 2026-cı ilin qalibinin yer aldığı paylaşım edib.
"Report"un məlumatına görə, jurnalist Ben Ceykobs bu barədə "X" sosial şəbəkəsində yazıb.
Üç "qalib" haqqında xəbər yayılıb: Harri Keyn ("Bavariya"), Lamin Yamal ("Barselona") və Kilian Mbappe ("Real").
"Qızıl top" Fransanın "France Football" jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna təqdim edilən illik futbol mükafatıdır. Futbolçu üçün ən nüfuzlu fərdi mükafat hesab edilir. 2025-ci ildə onu PSJ və Fransa millisinin oyunçusu Usman Dembele qazanıb. Lionel Messi ən çox - səkkiz mükafata sahibdir.