"Neftçi" ilə oyun "Turan Tovuz" üçün əlamətdar olub

Misli Premyer Liqasının IX turu "Turan Tovuz" üçün əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" ilə səfər görüşü (1:1) Qərb təmsilçisinin liqada 150-ci oyunu olub.

74 dəfə evdə, 76 dəfə səfərdə meydana çıxan komanda 58 qələbə qazanıb, 42 heç-heçə edib və 50 dəfə uduzub. 186 qol vuran Tovuz təmsilçisi 174 top buraxıb.

Turnirin tarixinə 150 və daha çox oyun keçirən 26-cı komanda kimi düşən qərblilərin ilk matçı 2022-ci il avqustun 8-də evdə "Qəbələ"yə qarşı olub – 0:2.

Digər xəbərlər