"Milan"ın əfsanələrinə qarşı oynamaq böyük zövq idi. Yenidən futbolçu kimi meydana çıxdığım üçün özümü xoşbəxt hiss edirəm.
Bunu “Report”a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.
56 yaşlı mütəxəssis sentyabrın 21-də Tbilisidə Gürcüstan millisinin veteranları ilə İtaliyanın "Milan” klubunun əfsanələri arasında keçirilən yoldaşlıq görüşü barədə danışıb.
O, sözügedən qarşılaşmada Gürcüstan yığmasının kapitanı olduğu üçün qürur duyduğunu söyləyib:
"Bu, böyük futbol bayramı idi. Qarşılaşmanı "Milan"ın sabiq üzvü, hazırkı Tbilisi meri Kaxa Kaladze təşkil etmişdi. Dolu tribunalar qarşısında çıxış etmək möhtəşəm hiss idi. Görüşdə iştirak edən hər bir şəxs matçdan zövq aldı. Təxminən 30 dəqiqə meydanda qala bildim. Təəssüf ki, səhhətimlə bağlı daha artıq çıxış edə bilmədim. Uzun müddət sonra hərəkətdə olmaq gözəldir. Həmin müddətdə meydanda olmaq möhtəşəm idi. Bu görüşdə Gürcüstan millisinin kapitanı olduğum üçün fəxr edirəm".
Qeyd edək ki, Gürcüstan millisinin veteranları və "Milan"ın əfsanələri arasında baş tutan qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən İtaliya klubu 3:1 hesabı ilə qalib gəlib.
“Milan”ın heyətində Dida, Kafu, Alessandro Kostakurta, Kristian Panuççi, Massimo Ambrozini, Serjinyo, Klarens Zeedorf, Rivaldo və Kaka kimi ulduzlar oynayıb.
"Qəbələ"nin baş məşqçisi: "Milan"ın əfsanələrinə qarşı oynamaq böyük zövq idi
Digər xəbərlər
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - Yenilənib
30 oktyabr, 2026 / 17:53
Tərlan Əhmədov: Azərbaycan Kubokunda sürpriz komanda yoxdur, amma sürpriz nəticələr var
30 oktyabr, 2026 / 15:55
Mançester Siti Rayan Şerkini 90 milyon avroya satmağa hazırdır
30 oktyabr, 2026 / 15:07
Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini heyətinə qatmağa çalılşacaq
30 oktyabr, 2026 / 14:00
AFFA rəsmisi Edmond Klaus: Aşağı yaş qruplarındakı islahatlar futbolçuların inkişafına xidmət edir
30 oktyabr, 2026 / 13:28
Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov: Bu futbolçulara inanmaq lazımdır
30 oktyabr, 2026 / 12:57
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında sonuncu matçını keçirib
30 oktyabr, 2026 / 12:32
Kəpəz Turan Tovuzun rekordunu yeniləyib
30 oktyabr, 2026 / 11:38
Marafon komandası Azərbaycan Kubokunda ilkə imza atıb
30 oktyabr, 2026 / 11:21
Azərbaycan Kubokunda daha bir məhsuldarlıq rekordu qeydə alınıb
30 oktyabr, 2026 / 11:18
Könül Əliyeva: Azərbaycanın cüdo tarixinə düşdüyüm üçün qürur duyuram
30 oktyabr, 2026 / 10:42
TFF Fənərbağça və Qalatasarayın futbolçusunu cəzalandırıb
30 oktyabr, 2026 / 10:17
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30 oktyabr, 2026 / 09:45
Araz-Naxçıvan UEFA Çempionlar Liqasında son oyununu keçirəcək
30 oktyabr, 2026 / 09:35
Azərbaycan Premyer Liqası: Turun açılış oyununda Sabah Turan Tovuzla üz-üzə gəlir
30 oktyabr, 2026 / 09:22
Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxacaq
30 oktyabr, 2026 / 09:13
Mançester Yunaytedin baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
30 oktyabr, 2026 / 04:57
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Vyetnam yığmasına məğlub olub
29 oktyabr, 2026 / 20:21
World Winners Cup Alanya 2026: Azərbaycanın Marafon klubu dördüncü matçında da uduzub
29 oktyabr, 2026 / 17:35
Taleh Babayev: 2026-cı ilin ən yaxşısı seçilmək hər bir minifutbolçunun arzusudur
29 oktyabr, 2026 / 17:12