Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
"Report" xəbər verir ki, turun sonuncu matçında "Qarabağ" "Səbail"i qəbul edib.
"Azersun Arena"da keçirilmiş matç Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.
Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xayme Romero 72-ci dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirib.
"Qarabağ" qələbə sayəsində xallarının sayını 33-ə yüksəldib və lider "Neftçi"yə çatıb.
Qeyd edək ki, günün digər oyunlarında "Qəbələ" evdə "Sumqayıt"ı, "Zirə" "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Keşlə" matçında isə qalib müəyyənləşməyib - 1:1.