"Qarabağ" "Keşlə" ilə heç-heçə etdi

Bu gün Azərbaycan Premyer Liqasının II turunda daha bir oyun keçirilib.

"Report"un məlumatına görə, günün son matçında "Qarabağ" səfərdə "Keşlə"nin qonağı olub. Qarşılaşma qolsuz  bərabərliklə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. Eyni xala malik "Keşlə" isə 2-ci pillədə qərarlaşıb.

Günün digər oyununda "Neftçi" öz meydanında "Sumqayıt"a 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, tura sabah keçiriləcək "Səbail" - "Zirə" və sentyabrın 13-də baş tutacaq "Sabah" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31