"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
"Report" xəbər verir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" (İslandiya) komandasını mübarizədən kənarlaşdırsa, ÇSKA (Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.
Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 23-ü və 30-da keçiriləcək. Qurban Qurbanovun komandası bu mərhələdəki ilk matçını evdə keçirəcək.