Qadın futbolunda tarixin ən sürətli qolu vurulub.
"Report" Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, "Zvezda-2005"in rusiyalı hücumçusu Olesya Kuroçkina "Yenisey"i məğlub etdikləri Superliqanın XXIII tur oyununun 9,31 saniyəsində fərqlənib.
Qeyd edək ki, qarşılaşma "Zvezda-2005"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.