PSJ Portuqaliya millisinin futbolçusunu transfer edib

Fransanın PSJ klubu Portuqaliya millisinin futbolçusu Nunu Mendeş üçün "Sportinq"lə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano tviterdə bildirib.

Paris təmsilçisi yayda 20 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalayacaq. Klub Mendeşin keçidi üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, Nunu Mendeş icarə əsasında PSJ-də çıxış edir. Portuqaliyalı oyunçu cari mövsüm 26 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər