PSJ növbəti transferini açıqlayıb

Fransanın PSJ klubu növbəti keçidini rəsmiləşdirib.

"Report" Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu uruqvaylı Manuel Uqarteni heyətinə qatıb.

22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Manuel Uqarte son olaraq Portuqaliyada "Sportinq"in uğurları üçün çalışıb. PSJ daha əvvə Milan Şkrinyar və Marko Asensionunun transferini açıqlayıb.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52