“PSJ” klubuna yeni baş məşqçi təyin edilib

Argentinalı mütəxəssis Maurisio Poçettino Fransanın “PSJ” futbol klubunun yeni baş məşqçisi olacaq.

Bu barədə “Report” klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Paris klubu hazırkı baş məşqçisi Tomas Tuxeli təcili istefaya göndərib. Tomas Tuxel 2018-ci ildən PSJ-yə rəhbərlik edirdi.

Qeyd edək ki, 48 yaşlı Maurisio Poçettino daha əvvəl İspaniyanın “Espanyol”, İngiltərənin “Sautgempton” və “Tottenhem” futbol klublarında çalışıb.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52