PSJ klubu 21 yaşlı müdafiəçini 37 milyon avroya transfer edib

Bakı. 16 avqust. REPORT.AZ/ Fransanın PSJ klubu Almaniya "Şalke"sinin futbolçusu Tilo Kereri transfer edib.

"Report"un Paris təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı müdafiəçi ilə 2023-cü ilədək müqavilə bağlanılıb. Burundi əsilli almaniyalı oyunçunun keçidindən ötrü 37 milyon avro ödənilib. 

Qeyd edək ki, Tilo Kerer ötən mövsüm Almaniya Bundesliqasında 28 oyuna 3 qol vurub. 

Digər xəbərlər