PSJ Fransa Kubokunun finalında "Reyms"i 3:0 hesabı ilə məğlub edərək 16-cı dəfə bu titulu qazanıb.
"Report"un məlumatına görə, qarşılaşma Parisin "Stad de Frans" stadionunda baş tutub.
Matçın əsas qəhrəmanı Bredli Barkola olub. O, 2 qol vurub və məhsuldar ötürmə edib. Daha bir qolu Əşrəf Hakimi vurub.
Bundan əvvəl Luis Enrikenin komandası Liqa 1-in qalibi olub. Fransa nəhəngi həmçinin Çempionlar Liqasını qazanmağı hədəfləyib. PSJ finalda "İnter"lə qarşılaşacaq.