İngiltərə Premyer Liqasının "Brayton" və "Fulhem" komandaları arasında keçirilən I turunun matçında azarkeş vəfat edib.
"Report" "BBC"yə istinadən xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində 72 yaşlı tərəfdarın halı pisləşib.
"Brayton" komandasının həkimlər heyətinin səylərinə baxmayaraq, o, dünyasını dəyişib.
Qeyd edək ki, matç yarımçıq dayandırılmayıb və 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.