Polşanın "Radomyak" komandası Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yaylb.
25 yaşlı forvardla müddəti sonradan uzatmaq şərti ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Radomyak"da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir. Komanda hazırda Polşa çempionatında 22 turdan sonra 24 xalla 18-ci sırada qərarlaşıb.