UEFA Avropa Liqasının qrup mərhələsində II turun daha 7 oyunu keçirilib.
"Report"un məlumatına görə, B qrupunda Türkiyə "Fənərbağça"sı Fransada "Renn"in qonağı olub. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Matçda bütün qollar 2-ci hissədə vurulub. Hesabı 52-ci dəqiqədə Martin Terye açıb. 2 dəqiqə sonra Lovro Mayer fərqi artırıb. 60-cı dəqiqədə İrfan Can Kahveci buraxılan toplardan birinin əvəzini çıxıb. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə isə Enner Valensiya tarazlığı bərpa edib.
Qeyd edək ki, A qrupunun "Arsenal" (İngiltərə) - PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
15 sentyabr
A qrupu
23:00. "Budö Qlimt" (Norveç) - "Sürix" (İsveçrə) - 2:1
Xal durumu: "Budö Qlimt" - 4 (2 oyuna), "Arsenal" - 3, PSV - 1, "Sürix" - 0 (2 oyuna)
B qrupu
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - AEK (Larnaka, Kipr) - 0:1
23:00. "Renn" (Fransa) - "Fənərbağça" (Türkiyə) - 2:2
Xal durumu: "Renn" - 4, "Fənərbağça" - 4, AEK - 3, "Dinamo" - 0
C qrupu
23:00. "Betis" (İspaniya) - "Lüdoqorets" (Bolqarıstan) - 3:2
23:00. "Roma" (İtaliya) - HİK (Finlandiya) - 3:0