Neymar koronavirusa yoluxdu

Fransanın PSJ klubunun və Braziliya millisinin futbolçusu Neymarda koronavirus aşkarlanıb. 

"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçunun COVID-19 testi müsbət nəticələnib. Onun Paris təmsilçisindəki komanda yoldaşları Anxel Di Maria və Leandro Parades də infeksiyaya yoluxub. 

İbiza şəhərindən qayıdan hər üç oyunçu bir həftə karantində qalacaq. 

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52