Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edib.
Komandalar meydana birgə pankartla çıxıblar. Pankart üzərində "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" yazılıb.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 29-cu dəqiqədə Namiq Ələsgərov komandasına qələbə qazandıran qola imza atıb. 75-ci dəqiqədə "Neftçi" azlıqda qalıb. Mamadu Kane ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra "Neftçi" 10-cu xalını qazanıb və ikinci pilləyə yüksəlib. "Sabah" isə 6 xalla 6-cıdır.
Qeyd edək ki, turun son matçında "Sumqayıt" "Zirə"ni qəbul edəcək. Daha əvvəl keçirilmiş matçlarda "Qarabağ" "Qəbələ"ni 3:0 hesabı ilə üstələyib. "Səbail" - "Keşlə" matçında isə qalib müəyyənləşməyib - 1:1.
"Neftçi" "Sabah"ı məğlub etdi
Digər xəbərlər
Çempionlar Liqası: Qalatasaray minimal, Real böyük hesabla qalib gəlib
25 noyabr, 2026 / 01:56
Kriştianu Ronaldu karyerasında vurduğu qolların sayını 987-yə çatdırıb
24 noyabr, 2026 / 22:57
ABŞ tarixində üçüncü dəfə Amerika Kubokuna ev sahibliyi edəcək
24 noyabr, 2026 / 21:50
Barselonanın Sabah ilə oyunöncəsi açıq məşqi keçirilib
24 noyabr, 2026 / 20:11
Barselonanın baş məşqçisi: Sabah La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar
24 noyabr, 2026 / 19:57
Frenki de Yonq: Sabah kifayət qədər yaxşı futbol sərgiləyən komandadır
24 noyabr, 2026 / 19:30
Bakı Olimpiya Stadionunda Sabahın Barselona ilə oyunöncəsi açıq məşqi baş tutub
24 noyabr, 2026 / 18:46
Umarali Raxmonaliyev: Barselona ilə oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik
24 noyabr, 2026 / 18:22
Valdas Dambrauskas: Barselona ilə oyundan zövq almalıyıq
24 noyabr, 2026 / 18:20
Zəngəzur UEFA Regionlar Kubokunda İstanbula da uduzub
24 noyabr, 2026 / 17:57
Bakı Futbol Federasiyası tərəfindən təşkil olunan növbəti məşqçi kursuna start verilib
24 noyabr, 2026 / 17:39
Borussiya Seru Qirassi ilə müqavilənin müddətini uzatmaq istəyir
24 noyabr, 2026 / 17:02
Vilyarrealın futbolçusu Natan Saliba Sabahla oyunu buraxacaq
24 noyabr, 2026 / 15:20
Milan Realın futbolçusu Endrik üçün rəsmi təklif göndərib
24 noyabr, 2026 / 14:50
Fənərbağçanın iki futbolçusu Şaxtyorla oyunu buraxacaq
24 noyabr, 2026 / 14:31
Nazim Süleymanov: Sabah Barselona ilə oyunda sürpriz edə bilər
24 noyabr, 2026 / 13:21
PSJ Benfikanın futbolçusu Canluka Prestiannini heyətinə qatmaq niyyətindədir
24 noyabr, 2026 / 12:29
Qara Qarayevin iştirakı ilə Yaşıl Top layihəsinin növbəti tədbiri təşkil olunub
24 noyabr, 2026 / 11:38
UEFA İngiltərə Futbol Assosiasiyasını 15 min avro cərimələyib
24 noyabr, 2026 / 10:35