"Neftçi” növbəti transferini gerçəkləşdirib

Bakı. 28 yanvar. REPORT.AZ/ "Neftçi” növbəti transferini gerçəkləşdirib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, "ağ-qaralar" Argentina əsilli fransız hücumçu Hüqo Barqas ilə 1 il müddətinə müqavilə bağlayıb.

30 yaşlı futbolçu indiyədək Argentinanın "All Boyz”, Hollandiyanın "De Qraafşap”, "Zvolle”, İspaniyanın "Ximnastik”, Boliviyanın "Bluminq”, "Oriente Petrolero”, "Bolivar”, İtaliyanın "Kremoneze”, Ekvadorun "Deportivo Kuenka” klublarında çıxış edib.

Digər xəbərlər