"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" "Neftçi"nin müdafiəçisi Nihad Qurbanlını transfer edib.

21 yaşlı oyunçu ilə 2022/2023-cü illər mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Nihad Qurbanlı Azərbaycanın U-21 yığmasının da üzvüdür.

Digər xəbərlər

Abdullah Zubir Qarabağdan ayrılıb 16 avqust, 2026 / 12:33