"Neftçi" almaniyalı futbolçunun transferini rəsmən açıqlayıb

Yeni mövsümə hazırlaşan "Neftçi" almaniyalı futbolçu Robert Baueri transfer edib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb. Onun sonuncu klubu Səudiyyə Ərəbistanının "Əl-Tai" kollektivi olub.

R.Bauer "ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinəcək.

Digər xəbərlər