"Napoli"nin yarımmüdafiəçisi "Yuventus"la oyunu buraxacaq

İtaliyanın "Napoli" klubunun futbolçusu Stanislav Lobotka A Seriyasının XIV turunda "Yuventus"la oyunda iştirak etməyəcək.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçinin əzələsində problem aşkarlanıb.

O, oktyabrda da əzələ zədəsinə görə üç həftə yaşıl meydanlardan kənarda qalıb.

Qeyd edək ki, "Napoli" - "Yuventus" oyunu dekabrın 7-də, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Digər xəbərlər