Mirça Luçeskunun vəziyyəti ağırlaşıb

Rumıniya millisinin baş məşqçisi Mirça Luçeskunun vətənində yerləşdirildiyi xəstəxanada vəziyyəti ağırlaşıb.

"Report" "ProSport"a istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssisin 2025-ci ilin sonunda ürəyində yaranan problemlər soyuqdəymə nəticəsində daha da kəskinləşib.

Səhhətindəki problemlər səbəbindən Luçesku Rumıniya klublarının Antalyadakı təlim-məşq toplanışını buraxmalı olub. Milliyə namizədləri izləmək üçün Türkiyəyə yollanmağı planlaşdırsa da, hazırda xəstəxanada olan təcrübəli mütəxəssisin durumunun ağırlaşdığı vurğulanıb.

Qeyd edək ki, M.Luçesku 2024-cü ildən Rumıniya millisini çalışdırır.

Digər xəbərlər